AZ

Makron Ermənistan və Azərbaycanı TƏBRİK ETDİ

Yelisey sarayında Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Fransa Prezidenti Emmanuel Makron arasında görüş olub.

Publika.az xəbər verir ki, bu barədə News.am məlumat yayıb.

Bildirilib ki, həmsöhbətlər Ermənistan-Fransa strateji münasibətləri gündəminin bir sıra məsələlərini müzakirə ediblər. Xüsusilə, iqtisadi, infrastruktur və digər sahələrdə əməkdaşlığa toxunulub. Nikol Paşinyan və Emmanuel Makron ikitərəfli əməkdaşlığın strateji əhəmiyyətini bir daha vurğulayıb və bu istiqamətdə ardıcıl addımları davam etdirməyə hazır olduqlarını bildiriblər.

Daha sonra regional məsələlər müzakirə olunub. Fransa Prezidenti Azərbaycanla sülhün bərqərar olması münasibətilə iki ölkəni bir daha təbrik edib və Fransanın Ermənistanın suverenliyinə və sülhün möhkəmlənməsinə qeyd-şərtsiz dəstəyini vurğulayıb.

TRIPP layihəsi və regionda kommunikasiya marşrutlarının qarşısının alınması istiqamətində atılan addımlar ətrafında fikir mübadiləsi aparılıb. Baş nazir bu çərçivədə davam edən işlərin gedişatına toxunub.

Seçilən
11
publika.az

1Mənbələr