AZ

Dünyanın ən qədim nüvə reaktoru tapılıb

Dünyanın

Elm adamları Yer üzərində yeganə təbii nüvə reaktorunu aşkar ediblər. Bu qədim obyekt Afrika ölkəsi Qabonda yerləşir.

Reyting.az
-ın məlumatına görə, bu reaktor təxminən 1,7 milyard il əvvəl fəaliyyət göstərib.

Tədqiqatçıların fikrincə, ən əsas və maraqlı məqam ondan ibarətdir ki, həmin dövrdə uranın təbii konsentrasiyası nüvə reaksiyasının baş verməsi üçün kifayət qədər yüksək olub.

Xatırladaq ki, ilk dəfə 1972-ci ildə fransız fiziki Fransis Perren Qabondakı Oklo yatağında uran filizini araşdırıb və uran-235 izotopunun səviyyəsinin bir qədər az - yəni 0,717 faiz olduğunu müəyyən etmişdi.

Aparılan tədqiqatlar göstərib ki, bu fərq reaktorun təbii şəraitdə və davamlı şəkildə fəaliyyət göstərdiyini sübut edir. Geoloji xüsusiyyətləri sayəsində burada təbii zəncirvari nüvə reaksiyaları yaranıb və sistem tamamilə özünü tənzimləmə qabiliyyətinə malik olub.

Alimlər bildirirlər ki, dünyanın ən qədim nüvə reaktorundakı reaksiyalar hər üç saatdan bir avtomatik şəkildə dayanıb və sonra yenidən başlayıb.

Tədqiqatçıların sözlərinə görə, onlar bundan sonra da Qabonda yerləşən və 1,7 milyard illik yaşı olduğu müəyyən edilən təbii nüvə reaktorunun ərazisində elmi araşdırmaları davam etdirəcəklər.

Oqtay QORÇU
Seçilən
33
reyting.az

1Mənbələr