AZ

Rusiya Suriyaya uçuşları bərpa etdi

Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiya təxminən 6 aylıq fasilədən sonra Suriyadakı Xmeymim aviabazasına uçuşları bərpa edib.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” mənbələrə əsasən məlumat yayıb.

Məlumata görə, Moskva və Dəməşq münasibətləri bərpa etmək üçün çalışır:

“Bazanın yerləşdiyi Latakiyaya ən azı iki Rusiya təyyarəsi uçub. Oktyabrın 26-da Rusiya Hərbi Hava Qüvvələrinə məxsus İl-62 M nəqliyyat təyyarəsi Liviyadan Latakiyaya, oradan isə Moskva bölgəsinə yola düşüb, böyük yük tutumuna malik An-124-100 “Ruslan” təyyarəsi isə oktyabrın 24-dən bəri Xmeymim hava bazasına üç dəfə eniş edib”.

Kremlə yaxın mənbə də agentliyə uçuşların bərpa olunduğunu təsdiqləyib:

“Suriya Xarici İşlər Nazirliyinin nümayəndə heyəti Moskvadadır və ölkə səfirliyinin yenidən açılması üzərində işləyir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
axar.az

1Mənbələr