Prezidentin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin cədvəlində hazırda Çin prezidenti Si Cinpin ilə görüş yoxdur.
SİA-nın məlumatına görə, bu barədə RİA Novosti yazır....Lazım gələrsə, bu barədə çox tez razılığa gəlmək olar, - deyə Kremlin sözçüsü jurnalistlərin sualına cavab verib.
Qeyd edək ki, Rusiya liderinin Çin lideri ilə sonuncu telefon danışığı avqustun 8-də baş tutub.
Söhbət zamanı Çin lideri ölkəsinin Ukrayna ilə bağlı danışıqlar aparmaq ideyasını təşviq etməyə davam edəcəyinə əminlik verib.
O, həmçinin bu cür mürəkkəb məsələlərin asan həllinin olmadığını vurğulayıb.
Bir gün əvvəl Si Cinpin ABŞ prezidenti Donald Trampla danışıqlar aparıb.
Amerika lideri görüşü "əla" adlandırıb və Çin lideri ilə çoxsaylı razılaşmalar əldə etdiyini bildirib.
O, nadir torpaq metallarının tədarükü, Çinin ABŞ-ın enerji ehtiyatlarını alması, Pekinin ABŞ-a qanunsuz narkotik qaçaqmalçılığı ilə mübarizədə köməyi və kənd təsərrüfatı ticarətinin inkişafı ilə bağlı razılaşmaların əldə edildiyini qeyd edib.
Əli Babayev