AZ

Aİ "Burevestnik" raket sınağını təhdid elan etdi

"Avropa İttifaqı Rusiyanın "Burevestnik" nüvə enerjisi ilə işləyən qanadlı raketini sınamasını təhdid kimi görür".

HİT.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Ana Kaisa İtkonen brifinqdə bildirib.

"Rusiyanın sınaqdan keçirdiyi nüvə raketi ilə bağlı açıqlamanı gördük. Bu, düzgün istiqamətdə deyil, çünki Rusiya Ukraynaya qarşı səbəbsiz müharibəyə görə məsuliyyət daşıyır. Buna görə də, əgər bu raket nüvə raketi olsaydı, radioaktiv materiallar buraxa bilərdi", deyə İtkonen bildirib.

Onun sözlərinə görə, Rusiya sülhə can atmaq əvəzinə, gərginliyi artırır. Avropa Komissiyasının sözçüsü "Burevestnik" sınağını Avropa İttifaqı üçün açıq təhdid kimi qiymətləndirib.

Samir

Seçilən
22
hit.az

1Mənbələr