GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp Şimali və Cənubi Koreya arasındakı münaqişəyə məhz özünün son qoyacağını bildirib. Ağ Ev rəhbəri bunu Seula səfəri zamanı açıqlayıb.
Tramp bunun üçün ABŞ-ın Şimali Koreya ilə əməkdaşlıq edəcəyini söyləyib. O, ilk prezidentlik dövründə Pxenyan rəhbəri Kim Çen In ilə üç dəfə görüş keçirmişdi.
Donald Trampın Koreya münaqişəsinə son qoyması nə dərəcədə mümkündür? Bu, hansı əsasla real ola bilər?
Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Donald Tramp dünyadakı bütün münaqişələrə son qoymaq niyyətindədir və bu istiqamətdə də çalışır:
“Hətta uğur qazandığı məqamlar da var. Dünyada davam edən münaqişələrin hər birinin özünəməxsus xüsusiyyətləri mövcuddur. Onları kökündən həll etmək çətin olsa da, nisbi atəşkəs və ya sülh sazişləri əldə etmək mümkündür. Yəni heç bir səy göstərməməkdənsə, müəyyən addımlar atmaq mütləqdir. Prezident Donald Tramp da bunu edir. İndiyə qədər artıq onun iştirakı ilə 7 münaqişə üzrə sülh əldə olunub.
İlyas Hüseynov
Lakin Şimali və Cənubi Koreya arasında sülhün bağlanması çox çətindir. Əlbəttə, mümkünsüz də deyil və Tramp birinci prezidentliyi dövründə buna cəhd göstərib. O, Şimali Koreya lideri ilə görüşlər keçirməyə çalışıb.
Koreya yarımadasında indiki məqamda dayanıqlı sülhün əldə edilməsi mümkündür. Bunun üçün davamlı danışıqlar və intensiv təmaslar lazımdır. Fikrimcə, Tramp buna niyyətlidirsə, müəyyən nəticə əldə edə bilər”.
Turan Rzayev
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.
 
                        