AZ

Vlahoviç: “Özümü komandanın lideri kimi hiss etmirəm”

Qol.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Yuventus”un serbiyalı hücumçusu Duşan Vlahoviç İtaliya A Seriyasının 9-cu turunda “Udineze” üzərində 3:1 hesablı qələbə qazandıqları görüşdə vurduğu qoldan sonra fikirlərini bölüşüb.

QOL.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı futbolçu açıqlamasında belə deyib:

“Bu mövsüm 100 qol vurmaq istərdim. Azarkeşlərə dəstəyə və alqışlara görə təşəkkür edirəm. Özümü komandanın lideri kimi görmürəm. Əgər bir il yarımda üç fərqli baş məşqçimiz olubsa, bu, hamımızın məsuliyyətidir. Cənab İqor Tudora komandaya verdiyi töhfələr üçün minnətdaram”.

Qeyd edək ki, Vlahoviç cari mövsümdə bütün turnirlərdə 12 matçda meydana çıxıb, 5 qol və 1 assistlə yadda qalıb. “Yuventus” növbəti oyunda noyabrın 1-də səfərdə “Kremoneze” ilə qarşılaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
1
qol.az

2Mənbələr