AZ

“Türk vətəndaşlarına viza asanlığı təmin ediləcək” Monteneqronun XİN başçısı

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

“Türkiyə ilə münasibətlərimiz mükəmməldir”.

Monteneqroda baş verən qarışıqlıqların ardından "A Haber"-ə açıqlama verən Xarici İşlər Naziri Ervin İbrahimoviç iki ölkə arasındakı əlaqələrin bu hadisədən zərər görməyəcəyini bildirib. 

O deyib ki, türk vətəndaşlarına viza asanlığı təmin ediləcək.

İbrahimoviç son günlərdə baş verən mənfi hadisələrin provokasiya məqsədli olduğunu vurğulayıb.

Onun sözlərinə görə, türklərə qarşı bəzi çağırışlar pis niyyətli şəxslər və siyasi çevrələr tərəfindən yayılıb:“Onlar Monteneqrodakı yüz minlərlə xaricinin hamısının türk olduğunu iddia edirdilər. Bu, ictimaiyyəti təşvişə salmaq üçün qəsdən edilirdi. Halbuki ölkədəki 100 mindən çox xaricidən yalnız təxminən 13 500-ü türk vətəndaşıdır və onlar burada hörmətlə qarşılanır".

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
azpolitika.info

1Mənbələr