AZ

AQTA energetik içkilərlə bağlı məlumat yaydı

ain.az, Metbuat portalına istinadən məlumat yayır.

“Orxan 011" MMC tərəfindən Türkiyədən Azərbaycana idxal olunmuş "Paril Gida Alkoqolsuz Fonksiyonal İçecekler" müəssisəsinin istehsal etdiyi "Nitro Max" əmtəə nişanlı energetik içki məhsulu partiyalarında dərman vasitələrinin tərkibində istifadə olunan Sildenafil maddəsi aşkarlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, ümumi sayı 4656 ədəd olan məhsul partiyalarının (19.03.2025-19.03.2027 və 01.04.2025-01.04.2027-ci il istehsal və son istifadə tarixli) Azərbaycanın idxal tələblərinə, o cümlədən qüvvədə olan texniki və hüquqi normalara cavab verməməsi səbəbindən "Paril Gida Alkoqolsuz Fonksiyonal İçecekler" müəssisəsindən məhsul idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib.

Uyğunsuzluq aşkarlanmış məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə qərar qəbul edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
14
metbuat.az

10Mənbələr