Cənubi Koreyaya daha aşağı gömrük rüsumlarının tətbiqi müqabilində ABŞ-yə 350 milyard dollar ödəməyə razıdır.
Ölkə.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyaya səfəri ilə bağlı sosial hesabında yazıb.
"Zəngin Cənubi Koreya şirkətləri və iş adamları ölkəmizə 600 milyard dollardan çox sərmayə qoyacaqlar. Bizim hərbi ittifaqımız həmişəkindən daha güclüdür. Buna görə də mən onlara hal-hazırda sahib olduqları köhnəlmiş və daha az çevik dizel mühərrikli sualtı qayıqlar əvəzinə nüvə enerjisi ilə işləyən sualtı qayıqlar inşa etmək üçün yaşıl işıq yandırdım. Gözəl bir səfər oldu", - Tramp yazıb.
Mürtəza