AZ

Sel yenə can aldı

Vyetnamda təsirli olan güclü yağışların səbəb olduğu sel nəticəsində 10 nəfərin həyatını itirdiyi bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, Vyetnam Təbii Fəlakətlərin İdarə Olunması və Bəndlər üzrə İdarəsi, güclü yağış və selin ölkənin mərkəzi bölgəsində yerləşən bir neçə vilayətdə 10 nəfərin ölümünə, 8 nəfərin itkin düşməsinə və 22 nəfərin yaralanmasına səbəb olduğunu açıqlayıb.

Məlumata görə, 128 mindən çox ev su altında qalıb, 120-dən artıq ev isə zərər görüb.

Bundan əlavə, selin təxminən 4 min 300 hektar düyü və digər əkin sahələrini su altında qoyduğu, 650 hektar meyvə ağacına zərər verdiyi və 16 min 300-dən çox təsərrüfat və quşçuluq heyvanının tələf olduğu bildirilib.

Rəsmi şəxslər xilasetmə əməliyyatlarının davam etdiyini, güclü yağışların yaratdığı zərərin qiymətləndirildiyini və zərər çəkmiş bölgələrə təcili yardımın göstərildiyini qeyd ediblər.

Seçilən
6
1
cebheinfo.az

2Mənbələr