AZ

MBA oyunları da qumara qoyulurmuş!

49 yaşlı MBA çempionu, hazırda “Portlend”in baş məşqçisi olan Çonsi Billaps oktyabrın 23-də həbs olunub.

EPSN-in insayderi Şəms Çaraniyanın yaydığı xəbər görə, həbsi Federal Təhlükəsizlik Bürosu (FTB) həyata keçirib. Qurum hazırda idmana və ehtiralı oyunlara qeyri-qanuni pul qoyuluşu ilə məşğul olan mütəşəkkil dəstənin fəaliyyətini araşdırır.Billapsa qədər “Mayami”nin müdafiəçisi Terri Rozir və sabiq MBA oyunçusu Deymon Cons da saxlanılıb.

FTB-nin direktoru Keş Patel bu üç şəxsin həbsi ilə bağlı açıqlama verib:
“Bu gün biz Nyu-Yorkda həm MBA-nı, həm də mafiyanı əhatə edən böyük və geniş cinayət sxemində tarixi həbsi elan etmək üçün burdayıq. Mən işin bəzi təfərrüatlarını və FTB-nin işini qısaca təsvir edəcəyəm, sonra qalanını dinləyəcəksiz. Amma artıq bildiyiniz kimi, bu gün Çonsi Billaps, Deymon Cons, Terri Rozir kimi şəxslər saxlanılıb. Bilmədiyiniz odu ki, söhbət MBA oyunçuları və məşqçilərinin iştirakı ilə uzun illərdi davam edən qanunsuz qumar və idman fırıldaqlarından gedir. FTB 11 ştatda əməliyyatı koordinasiya edib və nəticədə bu gün 30-dan çox şəxs həbs edilib. Biz bu cinayətkarların yalnız MBA daxilində etdikləri fırıldaqları üzə çıxarmadıq, həm də mafiyaya, o cümlədən bir çox cinayət sxemlərinə zərbə vurduq”.
Seçilən
17
1
football-plus.az

2Mənbələr