AZ

Lavrov Buça ilə bağlı BMT-yə tələb irəli sürüb

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın verdiyi məlumata görə, Rusiya xarici işlər naziri Sergey Lavrov Buçada baş verən hadisələrlə bağlı təhqiqatı izləyir.

Busaat.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

“Bu məsələ həqiqətən də nazirin nəzarətindədir”,-deyə Zaxarova bildirib.

Zaxarovanın sözlərinə görə, Lavrov Birləşmiş Millətlər Təşkilatının Katibliyindən hərtərəfli təhqiqata yardım etməyi və Ukrayna hökumətinin cinayətlərinə görə məsuliyyət daşıyanların müəyyən edilməsini tələb edib.

Yeganə

 

Seçilən
35
busaat.az

1Mənbələr