Luvrdakı qiymətli zərgərlik oğurluğu işi üzrə daha 5 nəfərin saxlanıldığını bildirib.
İnterpress.az xəbər verir ki, bu barədə Paris prokurorluğu bəyan edib.
Onlardan biri hadisə yerindən götürülmüş DNT ilə əlaqələndirilir. Beləliklə, ümumi saxlanılanların sayı 7-yə çatıb. Prokuror Laure Bekkua iddia edilən “komando” qrupunun 3 üzvünün artıq nəzarətdə olduğunu deyib.
Təxminən 100 istintaqçı və yüzlərlə sübutun toplandığı əməliyyatlar intensiv şəkildə davam edir. Lakin təxminən 102 milyon dollar dəyərində olan qaçırılmış zərgərlik hələ də tapılmayıb. Onların arasında Napoleona aid almaz-zümrüd boyunbağı və imperatriça Yevgeniyaya məxsus inci-almaz tac da var. İndiyədək yalnız Yevgeniyanın zədələnmiş tacı bərpaolunan vəziyyətdə tapılıb.
İstintaqa görə, dörd nəfərlik qrup hadisədən 9 gün əvvəl qaldırıcı avtokranı oğurlayıb. 19 oktyabr səhəri onlar kranı Luvrun çaykənarı fasadına yaxınlaşdıraraq saat 09:30-da qalxıblar, pəncərəni sındıraraq sərgi vitrininə girişiblər və cəmi 4 dəqiqədə qaçıblar. Təhlükəsizlik kamerası dörd şəxsin vitrini kəsərək iki skuter ilə Şərqi Paris istiqamətinə getdiyini göstərir.
Hadisə muzey təhlükəsizliyi ilə bağlı Fransada ciddi müzakirələrə səbəb olub.
 
                        