525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyan Yelisey Sarayında Fransa prezidenti Emmanuel Makronla görüşüb.
525.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Fransa lideri bir daha Paşinyanı Azərbaycanla sülhün bərqərar olması münasibətilə təbrik edib. Görüşdə TRIPP layihəsi və regionda kommunikasiyaların açılması üçün atılan addımlar barədə fikir mübadiləsi aparılıb. Bu kontekstdə Baş nazir görülən işlərlə bağlı məlumat verib.
Tərəflər Ermənistan-Fransa strateji münasibətlərinin gündəliyindəki bir sıra məsələləri, xüsusilə, iqtisadiyyat, infrastruktur və digər sahələrdə əməkdaşlıqla bağlı mövzulara toxunublar.
Pərvanə Sultanova
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.