AZ

Kənar Dairəvi yolda sərt döngəyə girən yük maşını qəzaya düşdü VİDEO

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Avtosfer.az-ın məlumatına görə, qəza oktyabrın 30-da səhər saatlarında Kənar Dairəvi yolda qeydə alınıb. Belə ki, 90-AM-030 dövlət nömrə nişanlı “MAN” markalı yük avtomobili hərəkət zamanı yoldan çıxaraq qəzaya uğrayıb.

Şahidlərin sözlərinə görə, hadisəyə sürücünün sərt döngəyə yüksək sürətlə daxil olması səbəb olub. Nəticədə idarəetmədən çıxan nəqliyyat vasitəsi yol kənarındakı dəmir məhəccərə və işıq dirəyinə çırpılıb.

Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Qəza nəticəsində yük avtomobilinə və yol infrastrukturuna maddi ziyan dəyib.

Qeyd edək ki, əraziyə polis əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
42
avtosfer.az

1Mənbələr