AZ

Gömrük polkovnik-leytenantının adam ölümünə səbəb olduğu iddia edilirVİDEO

Bakıda binanın qarajında mübahisə edən qonşular daha sonra əlbəyaxa davaya keçiblər. 

Xezerxeber.az-ın məlumatına görə, kadrlar çoxmərtəbəli binanın qarajında olan təhlükəsizlik kameralarına düşüb. Görüntüləri ''Xəzər Xəbər''ə təqdim edən paytaxt sakini Həsən Əsgərli deyir ki, oktyabrın 9-da Nəsimi rayonu ərazisində yaşadıqları binanın qarajına daxil olanda qonşusu Mirzə Sadıqova məxsus avtomobilə yüngül zədə vurub. O dərhal komendantdan avtomobilin sahibinin nömrəsin alıb hadisə törətməsi barədə məlumat verib.

Kamera qarşısında üzünün düşməsini istəməyən Həsən Əsgərli deyir ki, qardaşı ilə həmin şəxslə ortaq məxrəcə gəlmək üçün çalışsalar da, mümkün olmayıb. Hətta ataları 60 yaşlı Rüfət Əsgərov da məsələnin sülhlə başa çatması üçün müdaxilə edib. 

''Bu adam başladı qardaşımı yumruqlamağa, təpikləməyə, ünvanımıza nalayiq ifadələr işlətməyə. Kamera görüntüsündə var- atamı sinəsindən vurub itələyir. Atam yuxarı qalxanda mənə dedi ki, deyəsən infakt keçirmişəm, özümü pis hiss edirəm. Bu adam 46 yaşındadır, gömrükdə polkovnik-leytenant vəzifəsindədir. Həkim çağırdıq. Həkim gələnə qədər atama müdaxilə elədik. Həkim gəldi, amma atamın həyatını xilas edə bilmədim”, - deyən şikayətçi iddia edir ki, həmin şəxs onun atasının ölümünə səbəb olub. 

Atasının bu hadisədən sonra ölməsindən hiddətlənən Həsən Əsgərli divara yumruq vurduğundan o əlini də qırıb. O iddia edir ki, yüksək vəzifəli gömrük işçisi olan Mirzə Sadıqov hətta yaşadığı binadan bir neçə vaxtdır ki, gedib.

Bu işdə adı çəkilən Mirzə Sadıqovun mövqeyini öyrənmək istəsək də, cəhdlərimiz alınmadı.

Məsələ ilə bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır, zəruri ekspertizalar təyin edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
24
xezerxeber.az

1Mənbələr