ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Paytaxtın Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsində kobud qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə oktyabrın 30-da saat 13:27 radələrində qeydə alınıb. Belə ki, 90-CT-500 dövlət nömrə nişanlı “Lexus” markalı avtomobilin sürücüsü dəfələrlə manevr qaydasını pozub. Kadrdan göründüyü kimi, o, əks istiqamətli hərəkət zolağına çıxaraq geriyə dönüb və bu zaman görüntünü qeydə alan avtomobil üçün qəza riski yaradıb. Bundan əlavə, sürücü bir müddət sonra qəfil sağa – məhəlləyə daxil olaraq yenidən təhlükəyə səbəb olub.
Qeyd edək ki, qoşa xətdən manevr etmək qanunla qadağandır. Bu qayda pozuntusunu edən sürücülər İXM-in 327.2-ci maddəsinə əsasən 3 bal və 100 manat məbləğində cərimə oluna bilərlər.
Nərmin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.