AZ

Beyləqanda maşınlar toqquşdu - Yaralılar var

Beyləqanda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki,  hadisə rayonun Daşburun qəsəbəsi ərazisində qeydə alınıb.

"Mercedes" və "KİA" markalı avtomobillərin toqquşması nəticəsində 1997-ci il təvəllüdlü İbrahimov Raliz Yusif oğlu, 1961-ci il təvəllüdlü Nuriyev Tahir İsmayıl oğlu, 1997-ci il təvəllüdlü Məmmədov Bəhlul Qüdrət oğlu və 1980-ci il təvəllüdlü Qasımov Rəşad Zahid oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
6
unikal.az

1Mənbələr