AZ

Müğənni Gülşen səhnəyə pul atanlara əsəbiləşdi: Üzərində Atatürkün şəkli var...

Lent az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Türkiyəli müğənni Gülşən son konsertində yaşanan hadisə ilə gündəmə gəlib. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, o, səhnəyə pul atan tamaşaçılara əsəbiləşib:

“Üzərində Atatürk şəkli olan bir şeyi necə atırsınız? İnsan əylənərkən coşa bilər, amma hər şeyin də bir həddi var”, - o bildirib.

Hadisə anını digər tamaşaçı telefonla çəkərək sosial şəbəkələrdə paylaşıb və görüntülər qısa müddətdə geniş izlənib. Müğənninin bu reaksiyası sosial mediada böyük müzakirəyə səbəb olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
lent.az

1Mənbələr