AZ

Saakaşvili İvanişvilidən nə ilə fərqləndiyini açıqlayıb

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili hakim Gürcü Arzusu partiyasının qurucusu milyarder Bidzina İvanişvilidən nə ilə fərqləndiyini açıqlayıb.

Busaat.az xəbər verir ki, bu barədə “Gürcüstan Online” məlumat yayıb.

Saakaşvili sosial şəbəkədə yazıb: “2011-2012-ci illərdə İvanişvilinin yaratdığı təhlükəni anladığım zaman niyə daha qətiyyətli davranmadığıma görə məni daim qınayırlar. Əslində, seçki kampaniyası zamanı insanlara İvanişvili seçiləcəyi təqdirdə onları nələrin gözlədiyini izah etmək üçün əlimdən gələni etdim”.

O, İvanişvili ilə kökündən fərqli olduğunu deyir.

“Daha çox şey etmək, əgər sevgiliniz başqasını bəyənirsə və siz onu döysəniz, şikəst etsəniz və evinə qapansanız belə olardı.

Əgər mən İvanişvilini başqa üsullarla dayandırsaydım, bu o demək olardı ki, mən də ona bənzəyəcəyəm və diktatura quracağam.

Mən bunu bir sadə səbəbə görə etməzdim: İvanişvili ilə mən kökündən fərqliyik.

Onun insanlara empatiyası sıfırdır və mən insanları sevirəm. Ona görə də mən bu təhlükəli, bədxah adamın etdiyi kimi hərəkət edə bilməzdim. Ümid edirəm ki, başa düşəcəksiniz”, – Saakaşvili qeyd edib.

Yeganə

 

Seçilən
34
3
busaat.az

4Mənbələr