AZ

“Azərbaycanın Avronest sessiyasına qatılmaması təsadüfi deyil” Politoloq

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Avronest Parlament Assambleyasının oktyabrın 28-30-u İrəvanda keçiriləcək 12-ci plenar sessiyasında iştirak etməməsi məkənla başlı deyil”.Avronest bildiyimiz kimi, Avropa Parlamentinin Şərq Tərəfdaşlığı ölkələri ilə formalaşdırdığı parlament platformasıdır. Bunu politoloq Fərhad Məmmədov Demokrat.az-a açıqlamasında deyib.O qeyd edib ki, Avronest Avropa Parlamentinin Şərq Tərəfdaşlığı ölkələri ilə formalaşdırdığı parlament platformasıdır:“Avropa Parlamenti isə Azərbaycanla bağlı ədalətsiz və qərəzli qərarlar qəbul etdiyi üçün vaxtilə Azərbaycan bu qurumla əməkdaşlığı dayandırmışdı. Bu səbəbdən Avronest kimi Avropa Parlamenti ilə daha çox bağlı olan bir platformanın iclasının Ermənistan kimi bir ölkədə keçirilməsi məsələyə mənfi təsir edə bilər. Azərbaycanın bu proseslərdə iştirakdan imtina etməsinin əsas səbəbi də məhz bu qeyri-obyektiv yanaşmalar və keçiriləcək yerin siyasi tərəfkeşliyidir”. Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
demokrat.az

1Mənbələr