AZ

42 illik tədqiqat: İstifadədən çıxmış əkin sahələri karbonu İTİRMİR

Yeni tədqiqat əkin sahələrinin “istirahət” dövründə karbonu itirmədiyini göstərir. İnterpress.az xəbər verir ki, bu barədə Minnesota Universiteti bəyan edib.

Minnesotada aparılan 42 illik elmi müşahidə əkinçiliyə son verilmiş torpaqlarda karbonun uzun müddət sabit qaldığını göstərib. Əvvəlki fərziyyələrə zidd olaraq, belə torpaqlar havaya CO2 buraxmaq əvəzinə, onu illərlə saxlaya bilir.

Tədqiqatda iki növ sahə izlənilib: 42 il ərzində davamlı şəkildə gübrələnən torpaqlar və yalnız ilk 10 ildə gübrə almış, sonrakı 32 ildə isə toxunulmamış torpaqlar. Nəticələr göstərib ki, hər iki halda torpaqda karbon səviyyəsi yüksək qalıb. Xüsusilə ikinci qrupda — gübrə verilməsi dayandırıldıqdan sonra belə — torpaq 30 ildən artıq müddətdə əvvəlki karbon səviyyəsini qoruyub.

Alimlər bunu ilk illərdə verilən azot gübrəsinin bitki örtüyünü artırması və torpaqda karbonu daha dərin qatlarda “kilidləməsi” ilə izah edir. Bu da torpağın uzunmüddətli karbon anbarına çevrilməsinə şərait yaradır.

Alimlər bildirir ki, nəticələr torpaq növünə görə dəyişə bilər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
32
interpress.az

1Mənbələr