AZ

Səudiyyə Ərəbistanında Messidən imtina etdilər - "Bura onun üçün təlim-məşq düşərgəsi deyil"

BAKI, 30 oktyabr. TELEQRAF

ABŞ-nin "İnter Mayami" klubunun və Argentina millisinin futbolçusu Lionel Messi DÇ-2026-dan əvvəl qısa müddətə Səudiyyə Ərəbistanı klublarından birinə qoşulmaq istəsə də, krallıq hakimiyyəti tərəfindən rədd cavabı alıb.

Teleqraf xəbər verir ki, bu barədə "Mahd" akademiyasının rəhbəri Abdullah Hammad "Thmanyah" podkastındakı çıxışı zamanı deyib.

O, 38 yaşlı hücumçunun mundiala daha yaxşı formada hazırlaşmaq üçün dörd ay Səudiyyə Ərəbistanı liqasında oynamaq istədiyini, lakin ölkəsinin İdman Nazirliyinin bu təklifdən imtina etdiyini açıqlayıb.

"Messinin nümayəndələri ötən yay keçirilən FIFA Klublararası Dünya Çempionatı zamanı mənimlə əlaqə saxladılar. O, DÇ-2026-ya hazırlaşmaq üçün MLS-nin dörd aylıq fasiləsi zamanı Səudiyyə Ərəbistanında oynamaq istəyirdi.

Mən təklifi nazirə təqdim etdim, amma o, Messinin cəmi dörd ay müddətinə gəlməsinə razı olmadı. Nazir Səudiyyə Ərəbistanı liqasının Messi üçün təlim-məşq düşərgəsi olmayacağını söylədi”, - deyə Hammad bildirib.

Qeyd edək ki, DÇ-2026 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

Seçilən
31
teleqraf.com

1Mənbələr