SSRİ-nin və Özbəkistanın Xalq artisti Yakub Əhmədov vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə Özbək Milli Akademik Dram Teatrı öz "Telegram" kanalında məlumat yayıb.
“Özbək Milli Akademik Dram Teatrının kollektivi mərhumun ailəsinə və yaxınlarına başsağlığı verir”, - paylaşımda deyilir.
Qeyd edilib ki, Yakub Əhmədov 87 yaşında həyatla vidalaşıb.
Əhmədov, sənət həyatı boyunca 40-dan çox filmə çəkilib, o cümlədən “Əli Baba və qırx quldurun sərgüzəştləri”, “Zumrad”, “Furkat”, “Keçmiş günlər” və s. Bundan əlavə, o özbək dilində 400-dən çox filmi səsləndirib.