AZ

“Red Bull” cərimələndi, Hemilton 5000-ə çatdı

“Red Bull” ABŞ mərhələsində baş verən hadisəyə görə 50 min avro cərimələnib.

"Football-plus.az" xəbər verir ki, bu komandanın əməkdaşı isinmə dövrəi zamanı qapalı zonaya daxil olub. Bununla bağlı xəbəri Beynəlxalq Avtomobil Federasiyasının (FIA) mətbuat xidməti yayıb. Məhkəmə qərarında adı açıqlanmayan əməkdaşın marşalların tələbinə məhəl qoymadığı bildirilir. “Red Bull”un əməkdaşı marşalların onu saxlamaq istədiyini anlamadığını deyib.

Ostin mərhələsi “Ferrari”nin pilotu Lüis Hemilton üçün də əlamətdar olub. Yeddiqat dünya çempionu “Formula-1”də xal sayını 5000-ə çatdırıb. Britaniyalı pilot finişə 4-cü yerdə çatıb və hesabına daha 17 xal əlavə edib. Bu göstəricidə Hemiltonun ən yaxın izləyicisi Maks Ferstappendi. “Red Bull”un niderlandlı pilotu indiyə qədər 3329,5 xal toplayıb. İlk “3-lüy”ü dördqat dünya çempionu Sebastyan Fettel (3098) qapayır.

Seçilən
33
1
football-plus.az

2Mənbələr