AZ

“Gürcüstan Aİ-yə üzv olmağa hazırdır” – Kavelaşvili

“Biz tam olaraq bilirik və vətəndaşlarımız da məlumatlandırılır ki, biz Avropanın bir hissəsi olan Avropa Birliyinə üzv olmağa can atırıq. Bununla belə, əsrlər boyu müdafiə etdiyimiz dəyərlərə sadiq qalaraq bunu etmək istəyirik”.

Busaat.az xəbər verir ki, bu fikirləri Gürcüstan prezidenti Mixail Kavelaşvili bildirib.

“Biz milli maraqlarımızın ciddi şəkildə qorunmasını istəyirik”,-deyə o, bildirib.

Kavelaşvili Aİ-nin səfiri Pavel Qerçinskinin Gürcüstanda qəbul edilən qanunlarla ölkə Avropa Birliyinə üzv ola bilməz bəyanatı ilə bağlı aparıcının sualını cavablandırıb.

Yeganə

 

Seçilən
34
busaat.az

1Mənbələr