AZ

Mikroavtobus ağaca çırpıldı, sürücü yaralandı - VİDEO

 

Son zamanlar paytaxtda açıq parklanma yerlərinin sayı artdıqca, bu ərazilərdə baş verən zərər halları da müzakirə mövzusuna çevrilib.
Avtosfer.az xəbər verir ki, bir çox sürücü avtomobilini parklama məntəqəsində saxlayarkən düşünür ki, ərazi “idarə olunur”sa, deməli, hər hansı zərər halında məsuliyyəti də həmin qurum daşıyacaq. Amma görəsən, bu, həqiqətən belədir?
Maraqlıdır ki, açıq parklanma ilə yeraltı qarajlar arasında məsuliyyət baxımından ciddi fərqlər mövcuddur. Bəs açıq parklanma yerlərində vəziyyət necədir?


Məsələ ilə bağlı hüquqşünas Ərşad Hüseynov saytımıza açıqlamasında bildirib ki, küçənin kənarında, yəni açıq, ödənişli və ya ödənişsiz parklanma yerlərində, avtomobilə dəymiş maddi ziyana görə parklanmanı idarə edən və ya təşkil edən şəxs maddi məsuliyyət daşımır:
“Bu halda məsuliyyət, ziyanı vuran şəxsə aiddir. Yəni, zərər kim tərəfindən vurulubsa, məhz həmin şəxs məsuliyyət daşıyır. Əgər bu şəxs nəqliyyat vasitəsinin sürücüsüdürsə və avtomobili sığortalıdırsa, zərəri sığorta şirkəti ödəyə bilər”. 
Hüquqşünas qeyd edib ki, qapalı parklanma yerlərində vəziyyət fərqlidir:
“Bu yerlər artıq sadəcə parklanma zonası deyil, qaraj və ya avtomobil duracağı hesab olunur. Nazirlər Kabinetinin qərarına və Mülki Məcəllənin ümumi müddəalarına əsasən, belə yerlər nəqliyyat vasitəsinin saxlanıc yeri sayılır. Yəni, sürücü avtomobilini oraya daxil edərək dayanma ilə həmin qarajın xidmətindən istifadə etmiş sayılır. Bu halda, qarajın və ya duracağın sahibi nəqliyyat vasitəsinin salamatlığına görə məsuliyyət daşıyır. Əgər orada avtomobilə zərər dəyərsə, həmin zərərin səbəbi və günahkar şəxs qarajın nəzarətçisi tərəfindən müəyyən edilir. Daha sonra məsuliyyət zərəri vuran şəxsə yönləndirilir və zərər ya onun sığorta şirkəti, ya da özü tərəfindən qarşılanır”. 


Fidan

Seçilən
16
avtosfer.az

1Mənbələr