Beynəlxalq Olimpiya Komitəsi (BOK) və Səudiyyə Ərəbistanı Olimpiya və Paralimpiya Komitəsi (SOPC) Olimpiya Kiber İdman Oyunlarının təşkili ilə bağlı tərəfdaşlıqlarına son qoyublar.
"Ölkə.az" BOK-un mətbuat xidmətinə istinadən bildirir ki, qərar qarşılıqlı razılaşma əsasında qəbul edilib. Tərəflər kiber idmanın inkişafında müvafiq məqsədlərinə ayrı-ayrı yollarla çatmaq niyyətindədirlər. BOK Oyunların təşkili üçün bu idman növünün "Olimpiya Hərəkatına daha yaxşı inteqrasiya olunmasına" imkan verəcək yeni bir yanaşma hazırlamaq niyyətindədir.
Olimpiya Kiber İdman Oyunlarının yaradılması qərarı 2024-cü ilin yayında BOK-un 142-ci sessiyasında qəbul edilib. Oyunların tək illərdə keçirilməsi planlaşdırılırdı. Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad ilk belə Oyunların keçiriləcəyi yer kimi təyin edilib. Əvvəlcə 2025-ci ilə planlaşdırılan tarix sonradan 2027-ci ilə təxirə salınıb.
2023-cü ilin iyun ayında BOK "kiber idman həftəsi" keçirib. Bir neçə ay sonra komitə kiber idman komissiyası yaradıb.
Elvin
Ölkə.az
 
                        