BAKI, 30 oktyabr. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin və səfərbərliyin uzadılması haqqında qanunu təsdiq edib.
Teleqraf xəbər verir ki, bu barədə "Unian.net" məlumat yayıb.
“Volodimir Zelenski 2025-ci il noyabrın 5-dən hərbi vəziyyətin və ümumi səfərbərliyin 90 gün uzadılmasını nəzərdə tutan qanunu təsdiqləyib”, - məlumatda qeyd olunur.
 
                        