AZ

ABŞ rəsmiləri Qəzza ilə bağlı gizli müzakirələr aparır - KİV

ABŞ Qəzza zolağına beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi planı üzərində işləyir və bu planın yaxın həftələrdə təqdim olunması gözlənilir.

"Ölkə.az" xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb.

Üç mənbə Axios-a bildirib ki, ABŞ rəsmiləri bir neçə ölkənin nümayəndələri ilə beynəlxalq qüvvələrin yerləşdirilməsi planını gizli şəkildə müzakirə edirlər və bu planı yaxın həftələrdə elan etmək niyyətindədirlər.

Məlumata görə, ABŞ Mərkəzi Komandanlığının aparıcı rol oynadığı planda fələstinlilərdən, eləcə də ərəb və müsəlman immiqrantlardan ibarət yeni polis bölməsinin yaradılması və ABŞ, Misir və İordaniyanın bu bölmənin təlimində iştirak etməsi nəzərdə tutulur.

Elvin 

Ölkə.az

Seçilən
21
1
olke.az

2Mənbələr