AZ

Süni intellekt elmi tələsdirir

Süni intellektin sürətli inkişafı artıq şüur anlayışını fəlsəfi mövzudan real problemə çevirib. Beynəlxalq alimlər qrupu Frontiers in Science jurnalında çağırış edib: GPT-6 “hiss etməyə” başlamazdan öncə, şüurun nə olduğunu və necə ölçüləcəyini müəyyənləşdirmək lazımdır.

QHT.az xəbər verir ki, şüur — sadəcə beyin fəaliyyəti deyil, insanın daxili təcrübəsidir. Lakin elm hələ də bu təcrübənin neyron impulslarından necə yarandığını izah edə bilmir. Texnologiyalar isə artıq bu həddi keçmək üzrədir: dil modelləri insan kimi danışır, mini-beyinlər EEG siqnalları verir, Neuralink düşüncələri oxuyur. Alimlər xəbərdarlıq edir: aydın meyarlar olmadan biz ya adi alqoritmləri “şüurlu” adlandıracağıq, ya da həqiqətən hiss edən sistemləri tanımayacağıq.

Onlar bütün varlıqlar üçün universal testlər hazırlanmasını təklif edirlər — insan, heyvan, döl, orqanoid və ya süni intellekt üçün. Bu, gələcəkdə hüquq, tibb və etika qanunlarını dəyişə bilər.

 

R.İmanov

Seçilən
30
qht.az

1Mənbələr