AZ

Trampdan Rusiya və Çinə gözlənilməz hədiyyə

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Donald Trampın əmri ilə ABŞ-ın nüvə silahı sınaqları baş tutacaq. Mütəxəssislər bunu Rusiya və Çinə hədiyyə kimi dəyərləndirirlər. 

Globalinfo.az xəbər verir ki, bu barədə sabiq prezident Bill Klintonun Milli Təhlükəsizlik Şurasının kütləvi qırğın silahları üzrə keçmiş baş eksperti “The Wall Street Journal”a açıqlamasında deyib.

“Bu, yeni nüvə silahı növləri hazırlayan və sınaqların bərpasından faydalanan Rusiya və Çinə  hədiyyə olardı. Odur ki, ABŞ-ın nüvə arsenalının etibarlılığını təmin etmək üçün sınaqların aparılması vacib deyil”, – o vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Pentaqona digər ölkələrlə “bərabər əsasda” nüvə silahı sınaqlarına başlamağı tapşırıb. O, prosesin dərhal başlayacağını bildirib. Tramp əlavə edib ki, ABŞ silahların modernləşdirilməsi səbəbindən ən çox nüvə silahına malikdir. ABŞ lideri hesab edir ki, sınaqların keçirilməsi məqsədəuyğundur, çünki digər ölkələr artıq bunu edirlər.

Ağ Ev rəhbəri Rusiya Prezidenti Vladimir Putinin “Burevestnik” nüvə enerjisi ilə işləyən kruiz raketinin sınaqdan keçiriləcəyini elan etməsindən bir neçə gün sonra gözlənilən nüvə sınaqlarının başlanacağını açıqlayıb.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
globalinfo.az

1Mənbələr