Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"Son vaxtlar uşaqlar arasında ən çox yayılan xəstəliklər rotaviruslardır. Hazırda “blip” virusu, koronavirus və digər infeksiyalar da müşahidə olunur, amma ən geniş yayılan məhz rotaviruslardır.Bu viruslar yüksək hərarət, qusma, bəzi hallarda ishal və bədəndə səpkilərlə özünü göstərir. Ümumiyyətlə, xəstə uşaqların məktəbə göndərilməsi digər uşaqların da yoluxmasına səbəb olur. Ona görə də xəstə uşaqların evdə qalması vacibdir".Bu sözləri Demokrat.az-a açıqlamasında professor Adil Qeybulla deyib. O bildirib ki, ishal və qusma nəticəsində orqanizmdə maye itkisi baş verir, bu da uşağın vəziyyətini ağırlaşdırır, hətta qıcolmaya qədər gətirib çıxara bilər:"Buna görə belə hallarda uşaqlar ev şəraitində saxlanmalı, bol maye verilməli, zərurət yarandıqda isə həkim nəzarəti altında maye köçürülməlidir.
Xəstə uşaqların kollektivdə olması həm sağlamlıqları, həm də infeksiyanın yayılması baxımından düzgün deyil. Çünki rotavirus ilk təmas zamanı digər uşaqlara asanlıqla keçə bilir".Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.