AZ

"Real" qərar verdi -

"Real Madrid" növbəti mövsüm üçün yarımmüdafiə xəttini gücləndirmək üçün işlərə başlamışdı. Metbuat.az xəbər verir ki, “Real”ın yeni transfer həyata keçirəcəyi barədə xəbərlər dərc edilmişdi. İspaniya mətbuatı "Real Madrid"in "Borussiya Dortmund"un futbolçusu Jobe Bellinghamı istədiyi irəli sürülmüşdü. Futbolçu Arda ilə eyni mövqedə oynamasa belə onun türk futbolçunun əsas heyətə düşməsinə mane ola biləcəyi iddia edilirdi. “E-Noticies”də dərc edilən xəbərə görə, “Real” Jobe Bellinghamlə müqavilə bağlamayacaq.

Bildirilib ki, Jude və Jobe qardaşları "Real Madrid"də birlikdə oynaya bilməyəcəklər. Futbolçu "Mançester Yunayted"ə transfer ola bilər. Türkiyə mediası bu prosesin Arda üçün sevindirici olduğunu qeyd edib.

Seçilən
11
1
metbuat.az

2Mənbələr