İngiltərə Premyer Liqası oktyabr ayının ən yaxşı baş məşqçisi mükafatına iddialıların adlarını açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, mükafata dörd tanınmış mütəxəssis namizəd göstərilib:
Ruben Amorim (“Mançester Yunayted”) — 3 oyunda 3 qələbə, top fərqi +5, komanda 6-cı pillədə;
Mikel Arteta (“Arsenal”) — 3 oyunda 3 qələbə, top fərqi +4, lider mövqedə;
Unay Emeri (“Aston Villa”) — 3 oyunda 3 qələbə, top fərqi +3, 8-ci yer;
Andoni İraola (“Bornmut”) — 3 oyunda 2 qələbə, 1 heç-heçə, top fərqi +4, 2-ci yer.
Azarkeş səsverməsi 3 noyabra qədər davam edəcək. Səsverməyə futbol azarkeşləri ilə yanaşı, ekspertlər də qoşulacaq.
 
                        