AZ

Valideynlər 17 yaşlı qızı çörək pulu tapsın deyə ərə verirlər

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Bütün bu problemlərin başında iqtisadi böhran dayanır. Rayonlarda iş yoxdur. Valideynlər övladlarını ona görə tez ərə verirlər ki, heç olmasa övladının çörək yeri olacaq. Ona görə də belə addım atırlar".Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Əhməd Rəhmanov deyib. "Yerdə qalan bütün bəhanələr, deyilənlər, hamısı boş söhbətlərdir. İqtisadi böhran var və rayonlarda iş yoxdur. Haraya gedirsən, məşğulluq proqramlarının hesabatları verilir, amma reallıqda vəziyyət fərqlidir. Əgər rayonlarda 17 yaşlı qızların işləyə biləcəyi yerlər olsaydı, valideynlərin də imkanı olsaydı ki, övladlarını oxutsunlar, heç kim bu uşaqları tez ərə verməzdi.Xüsusilə də kənd və bölgələrdə belə hallar çoxdur. Baxırlar ki, oğlan gündə bir neçə manat qazanır, azyaşlı qızı ona ərə verirlər ki, heç olmasa çörək pulu tapsınlar.Qeyd edək ki, bir neçə gün öncə 17 yaşlı qız öz toyunda həyatını itirib. Onun 29 həftəlik hamilə olduğu məlum olub.Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
demokrat.az

1Mənbələr