AZ

Elton Məmmədovun qaytardığı 3 milyon AMEA-ya geri dönəcək, yoxsa?... - VİDEO

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) baş vermiş qanun pozuntuları ilə bağlı genişmiqyaslı cinayət işi açılıb. Lent.az-ın yaydığı məlumata görə, istintaq çərçivəsində AMEA-nın hazırkı və sabiq prezidentləri - İsa Həbibbəyli, Ramiz Mehdiyev və Akif Əlizadə dindiriliblər.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan araşdırmalar 2020–2023-cü illərdə Akademiyada baş verən ciddi maliyyə və vəzifə pozuntularını üzə çıxarıb.

Qafqazinfo-nun yaydığı məlumata görə isə İstintaq materialları maraqlı detallar ortaya qoyub: Ramiz Mehdiyevin rəhbərlik etdiyi dövrdə “Yüksək Texnologiyalar Parkı”nın direktoru və sonradan Akademiyanın işlər idarəsinin müdiri olmuş sabiq deputat Elton Məmmədov da prokurorluq tərəfindən araşdırmaya cəlb olunub. Baş Prokurorluğun apardığı istintaq sübut edib ki, E.Məmmədov işlədiyi müddətdə təxminən 3 milyon manat vəsaiti mənimsəyib. Sənədlərlə təsdiqlənən bu maliyyə pozuntuları ilə bağlı sabiq deputat dəfələrlə ifadə verib, lakin dövlətə dəymiş ziyanı ödəməyə razılaşaraq mənimsədiyi vəsaiti geri qaytarıb.

Bütün bunlar maraqlı suallar ortaya çıxarır ki, dövlət tərəfindən AMEA-ya nə qədər pul ayrılır ki, təkcə bir nəfər 3 milyon manat vəsaiti mənimsəyə bilir? Və nəhayət, Elton Məmmədovun qaytardığı 3 milyon manat AMEA-ya, elmə qaytarılacaq, yoxsa necə?

TV Musavat-ın məsələ ilə bağlı hazırladığı videosüjeti təqdim edirik:

 

Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com

Seçilən
12
musavat.com

1Mənbələr