AZ

“Real”ın prezidenti Vinisiusla Junioru barışdırmaq istəyir

“Real Madrid”in prezidenti Florentino Peres hücumçu Vinisius Junioru baş məşqçi Xabi Alonso ilə barışdırmaq üçün komandanın məşq bazasına baş çəkib.

İdman.Biz bu barədə COPE-yə istinadən məlumat verir.

Məlumata görə, Vinisius və Alonso ispan məşqçinin La Liqanın 10-cu turunda “Barselona” ilə oyunun 72-ci dəqiqəsində oyunçunu əvəzləməsindən sonra braziliyalının sərt reaksiyasına görə danışmırlar.

Hadisədən sonra Vinisius klubdan, komanda yoldaşlarından və prezidentdən üzr istəyən bir açıqlama yayıb, lakin üzrxahlıqda Alonsonun adını çəkməyib.

İdman.Biz

Seçilən
16
1
idman.biz

2Mənbələr