FIBA Avropa Kubokunun I qrupunun III turu üzrə "Abşeron Lions" - "Neftçi" oyunundan (86:104) sonra komandalar arasında yaşanan mübahisənin səbəbi bəlli olub. 

Offsideplus.az  "Azbasketbol"a istinadən xəbər verir ki, "ağ-qaralar"ın 5 nömrəli oyunçusu Camal Bey rəqib komandanın məşqçisi Anar Hacıyevə qarşı kobud hərəkət edib. 

Belə ki, amerikalı basketbolçu "ağ-qaralar"ın meneceri ilə danışmaq üçün yaxınlaşmaq istədiyi zaman A.Hacıyevin ayağına vuraraq, onu yerə yıxıb. Bundan sonra tərəflər arasında gərginlik yaşanıb.  

Qeyd edək ki, adıçəkilən komandalar arasında cavab oyunu noyabrın 11-də baş tutacaq.