Qüdsdə etirazlar zamanı yeniyetmə çoxmərtəbəli binadan yıxılaraq ölüb.
İnterpress.az İsrailin yerli mediasına istinadən xəbər verir ki, bu ultraortodoksların məcburi hərbi xidmətə etirazlar zamanı baş verib.
Qüdsdə 15 yaşlı oğlan etirazlar zamanı hündür binaya dırmaşıb və yıxılaraq həyatını itirib. Şəhərdə ultraortodoks icmalar orduda məcburi xidmətə qarşı geniş etiraz aksiyaları keçirir.
Hadisə ilə bağlı araşdırma aparılır.
Xuraman Etibarlı
İnterpress.az
 
                        