AZ

“Yuventus”un yeni baş məşqçisi bəlli oldu

İtaliyanın “Yuventus” klubu komandanın yeni baş məşqçisini açıqlayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə italiyalı mütəxəssis Lusiano Spalletti təyin olunub.

Təcrübəli mütəxəssislə müqavilə 30 iyun 2026-cı ilədək qüvvədə olacaq.

Spallettinin sonuncu iş yeri İtaliya milli komandası olub. O, yığmanı 2023-cü ilin sentyabrından 2025-ci ilin iyununa qədər çalışdırıb.

Bundan əvvəl o, “Napoli”, “İnter”, “Roma” və “Zenit” kimi klublarda da işləyib. 65 yaşlı mütəxəssisin aktivində “Napoli” ilə bir, “Zenit”lə isə iki çempionluq titulu var.

Seçilən
27
90deqiqe.az

1Mənbələr