AZ

Azərbaycan və Dünya Bankı maliyyə idarəçiliyi sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər (FOTO)

Bakı. Trend:

Oktyabrın 30-da Azərbaycan Respublikasının maliyyə naziri SahilBabayev ölkəmizdə səfərdə olan Dünya Bankının Avropa və MərkəziAsiyada rifah üzrə regional direktoru Əsəd Ələmin rəhbərlik etdiyinümayəndə heyətini qəbul edib.

Trend xəbər verir ki, görüşdəAzərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın genişləndirilməsi,dövlət maliyyəsinin idarə olunması və fiskal siyasət üzrə imkanlarvə yeni çağırışlar, həmçinin potensial tərəfdaşlıq istiqamətlərimüzakirə olunub.

Nazir Sahil Babayev bildirib ki, Azərbaycan Respublikası DünyaBankı ilə tərəfdaşlığa böyük önəm verir. Ölkəmiz Dünya Bankına üzvolduqdan sonra Bankın maliyyə dəstəyi, texniki ekspertizası vətövsiyələri infrastruktur, təhsil, səhiyyə və dövlət idarəçiliyikimi əsas sahələrdə inkişafa əhəmiyyətli töhfə verib. Bu əməkdaşlıqeyni zamanda enerji, nəqliyyat və sosial xidmətlər üzrə layihələrinirəliləməsinə, həmçinin davamlı inkişafa və makroiqtisadisabitliyin təmin edilməsinə xidmət edib.

Görüş zamanı Dünya Bankı tərəfindən İsveçrənin İqtisadiMəsələlər üzrə Dövlət Katibliyinin (SECO) maliyyə dəstəyi iləhəyata keçirilən “Azərbaycanda Ortamüddətli Xərclər Çərçivəsi üzrəPotensialın Gücləndirilməsi” layihəsinin icrası da diqqətmərkəzində olub, Maliyyə Nazirliyinin təqdim etdiyi dövlətmaliyyəsinə baxış, rəqəmsal həllər və informasiya sistemlərininqiymətləndirilməsi və potensialın gücləndirilməsi ilə bağlıtəkliflər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, rəqəmsal həllər və informasiya sistemlərininqiymətləndirilməsi çərçivəsində Dünya Bankının missiyası Nazirlikdədiaqnostik təhlil aparacaq. Bu təhlil Nazirliyə mövcud vəziyyətitəhlil etməyə, boşluqları müəyyənləşdirməyə və vahid Dövlət Maliyyəİdarəetmə Informasiya Sisteminin arxitekturasının formalaşdırılmasıüçün gələcək inkişaf istiqamətlərini müəyyən etməyə imkanverəcək.

Öz növbəsində, Əsəd Ələm maliyyə idarəçiliyi və fiskal siyasətintəkmilləşdirilməsi sahəsində Azərbaycan hökumətinin gördüyü işləriyüksək qiymətləndirərək, sözügedən layihənin uğurlu icrasınındövlət maliyyəsinin idarə olunmasının səmərəliliyinə vədayanıqlığın artırılmasına mühüm töhfə verəcəyini bildirib.

Görüş zamanı Azərbaycan ilə Dünya Bankı arasında tərəfdaşlığındaha da genişlənəcəyinə əminlik ifadə olunub, həmçinin qarşılıqlımaraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsiaparılıb.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Seçilən
41
5
az.trend.az

7Mənbələr