AZ

Rusiya nüvə sınağı geçirib?

Rusiya hər hansı bir ölkə nüvə silahı moratoriumundan imtina edərsə, “vəziyyətə uyğun hərəkət etmək” hüququnu özündə saxlayır.

Editor.az bildirir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistin ABŞ prezidenti Donald Trampın nüvə sınaqlarını bərpa etmək qərarına Kremlin reaksiyası ilə bağlı sualına cavab olaraq deyib. Peskov vurğulayıb ki, “Burevestnik” sınaqları nüvə sınaqları olmayıb: “Prezident Putinin dəfələrlə təkrarlanan açıqlamasını xatırlatmaq istərdim: əlbəttə ki, kimsə moratoriumdan imtina edərsə, Rusiya buna uyğun hərəkət edəcək”, – deyə Dmitri Peskov bildirib.

Qeyd edək ki, prezident Donald Tramp digər ölkələrin nüvə silahlarını sınaqdan keçirdiyini qeyd edib. Peskov isə bildirib ki, əgər o, “Burevestnik” sınaqlarından danışırsa, onlar nüvə sınağı deyil. Bütün ölkələr müdafiə sistemlərini inkişaf etdirirlər, amma bunlar nüvə sınaqları deyil.

//Samir Qurbanov, Editor.az

Seçilən
20
editor.az

1Mənbələr