AZ

BMT-dən ABŞ-ın mümkün nüvə sınaqları ilə bağlı HƏYƏCANLI AÇIQLAMA

"Ölkələr gərginliyin artmasına və fəlakətli nəticələrə səbəb ola biləcək hərəkətlərdən çəkinməlidirlər".

Publika.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Haq brifinq zamanı deyib.

Bu açıqlama, ABŞ Prezidenti Donald Trampın ölkəsinin yenidən nüvə sınaqlarına başlaya biləcəyi ilə bağlı bəyanatına münasibət olaraq verilib.

BMT rəsmisi vurğulayıb ki, dünyada nüvə riskləri artıq narahatedici dərəcədə yüksək səviyyədədir.

“Baş katib bir müddətdir bildirir ki, hazırkı nüvə riskləri narahatedici dərəcədə yüksəkdir. Hesablamalarda səhvlərə və ya gərginliyin fəlakətli şəkildə artmasına səbəb ola biləcək addımlardan qaçmaq vacibdir”, - Fərhan Haq deyib.

Seçilən
14
publika.az

1Mənbələr