
ABŞ Senatı keçmiş prezident Co Bayden administrasiyası tərəfindən Alyaskadakı Milli Arktik Qoruğunda neft və qaz hasilatına qoyulmuş qadağanı ləğv edən qətnaməni qəbul edib.
AFN.az xəbər verir ki, bu barədə Senatın rəsmi saytında məlumat yayılıb.
Qətnaməni 52 senator dəstəkləyib, 45 senator isə əleyhinə səs verib. İndi sənəd Nümayəndələr Palatasına təqdim olunacaq.
Tramp bu ilin əvvəlində bildirib ki, onun administrasiyası Alyaskanın qorunan ərazilərində neft və qaz hasilatına yenidən icazə verəcək. Onun fikrincə, bu yataqların ehtiyatları bütün Asiyanın tələbatını ödəyə bilər. Bayden administrasiyası isə 2022-ci ildə Alyaskadakı neft və qaz yataqlarının icarəyə verilməsini, o cümlədən Milli Arktik Qoruğunda kəşfiyyat və qazma işlərini məhdudlaşdırmışdı.
