AZ

''Fənərbaxça''da heyətdən kənarlaşdırılan futbolçularla bağlı yeni qərar

''Fənərbaxça''da təxminən 3 həftə öncə əsas komandadan kənarlaşdırılan İrfan Can Kahveci və Cenk Tosunla bağlı yeni xəbər var.

İntizamsızlıq və komanda daxilində ab-havanı pozmaları üzündən bu cür aqibətlə üzləşən iki təcrübəli futbolçunun əfv edilməsi gündəmdə idi.

Türkiyə mətbuatının yazdığına inansaq, başqan Sadəttin Saran baş məşqçi Domeniko Tedesko ilə görüşərək onunla bu mövzuda fikir mübadiləsi aparıb. 40 yaşlı mütəxəssis isə bu futbolçuların əfv edilməsini istəməyib! Ona görə də İrfan Can ilə Cenk Tosun hələ bir müddət də əsas komandadan kənar qalacaqlar. Onlar öz menecerləri ilə əlaqə saxlayaraq başqa təkliflər barədə məlumatlar alıblar. Bu gedişlə Kahveci və Tosunun yanvarda komandadan ayrılması sürpriz olmayacaq.

Hər iki futbolçu hazırda ''Fənər''in U-17 komandası ilə məşqlərə çıxır. Onlara akademiyada çalışan məşqçi Tayfur Sevən nəzarət edir. İrfan bu mövsüm 12 rəsmi oyunda iştirak edərək aktivinə məhsuldar hərəkət yaza bilməyib. Cenk isə 7 rəsmi oyunda 1 məhsuldar ötürmə verib.

Seçilən
38
1
football-plus.az

2Mənbələr