AZ

Lisandro Martines “Mançester Yunayted”in ümumi məşqlərinə qayıtdı

“Mançester Yunayted”in müdafiəçisi Lisandro Martines çərşənbə günü ümumi qrup məşqlərinə qatılıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, argentinalı futbolçu uzun müddət bərpa prosesindən sonra bu addımı atıb.

Martines fevral ayında ciddi diz xəsarəti almış, əməliyyat olunmuş və bərpa müddətinə başlamışdı. İndi isə tam məşqlərə qoşularaq oyunlara hazırlaşır.

“Qırmızı şeytanlar”da 91 rəsmi oyuna çıxan Martines, bu görüşlərdə 3 qol vurub və 3 məhsuldar ötürmə edib. Hazırda “Mançester Yunayted” Premyer Liqada 6-cı pillədə qərarlaşıb.

Seçilən
26
90deqiqe.az

1Mənbələr