AZ

“Maneskin” qrupunun solisti Damiano David ilk dəfə evlənir…

...İtalyan müğənni və “Maneskin” qrupunun solisti Damiano Davido amerikalı aktrisa və müğənni Dove Cameron ilə münasibətlərini növbəti səviyyəyə qaldırmaq qərarına gəlib.

SİA xəbər verir ki, TMZ-nin məlumatına görə, cütlük iki illik münasibətdən sonra nişanlanıb.

Davido və Cameron nişanları barədə ictimaiyyətə açıqlama verməyiblər, lakin paparassilər Dove Avstraliyanın Sidney şəhərində Damiano ilə gəzərkən onun üzük barmağında böyük daş üzük görüblər.

Cütlük çox xoşbəxt görünürdülər.

Yeri gəlmişkən, Damiano Davido və Dove Cameron 9 oktyabrda ikinci ildönümlərini qeyd ediblər.

Aktrisa bu xəbəri İnstaqram səhifəsində paylaşıb: "Həyatımın ən yaxşı iki ili. Həftədə ən azı bir dəfə ağlayıram, çünki həyat səninlə çox gözəlləşib. Səni sözlərlə ifadə edilə bilməyəcəyi qədər sevirəm, amma heç vaxt cəhd etməyi dayandırmayacağam. Yubileyin mübarək, amore mio", - deyə o yazıb.

Bu, müğənninin ilk nişanı, partnyoru üçün isə ikinci nişandır - Dove 2016-cı ilin aprelində aktyor Rayan Makkartanla nişanlanıb, lakin cütlük həmin ilin oktyabrında ayrılıb.

Nazlı Almuradova

Seçilən
30
1
sia.az

2Mənbələr