
Bütün insanlar proqramlaşdırma qabiliyyətinə malikdir.
Reyting.az-ın məlumatına görə, ABŞ-da fəaliyyət göstərən Con Hopkins Universitetinin alimləri müəyyən ediblər ki, proqramlaşdırmaları öyrənmək üçün insan beynində neyron mexanizmlər mövcuddur.
Tədqiqatlar zamanı aparılan eksperiment üçün xüsusi seçilmiş 22 tələbənin beyni funksional MRT vasitəsilə "Python" adlı sistem dili kursundan əvvəl və sonra skan edilib. Araşdırmalar nəticəsində məlum olub ki, proqram kodunu oxuyan beynin məntiqi düşünmə, eləcə də həmin problemin həlli ilə əlaqəli hissələri aktivləşir. Hətta bu kurs başlamazdan əvvəl, tələbələr proqramlaşdırmanı bilmədikləri vaxtda belə, psixokod (adi dildə yazılmış alqoritm təsvirləri) oxuyan vaxtı da həmin neyron şəbəkə işə düşüb.
Təsdiqlənmiş fakt bir daha sübut edir ki, insan beynində proqramlaşdırma təbii mənşəli olub, yaradılışdan formalaşır.

Alimlərin fikrincə, nəticə onu göstərir ki, əslində, proqramlaşdırma üçün beyin yeni mexanizmlər yaratmır, mövcud olan məntiqi düşünmə sistemindən xüsusi bir fəallıqla istifadə edir. Alimlərin sözlərinə görə, bu, yenə də "neyronların təkrar istifadəsi" nəzəriyyəsini təsdiqləyir.
Yeni və maraqlı elmi tədqiqatın müəllifi, neyrobioloq Marina Bedni nəticələrdən söz açan zaman deyib ki, hər bir insan proqramlaşdırma qabiliyyəti ilə doğulur.
Alimlər əlavə ediblər ki, uşaqlıqdan məntiqi oyunlar oynamaq və tapmacalarla məşğul olmaq formalaşan şəxsiyyətə gələcəkdə proqramlaşdırmanı öyrənməyi daha da asanlaşdıra bilər.
Oqtay QORÇU
 
                        